Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nərimanovda YAP-ın 23 illiyi ilə əlaqədar tədbir keçirildi

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.


AzNews.az xəbər verir ki, YAP rayon təşkilatı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev mərhum prezident Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev YAP-nın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söyləyib.

T.Tağıyev YAP Nərimanov rayon təşkilatının sıralarına qoşulan, əksəriyyətinin gənclər təşkil etdiyi üzvlərinin sayının artıq 20 min 835 nəfərə çatdığını bildirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında YAP-nın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini deyib.

Digər çıxış edənlər – YAP-nın rayon təşkilatının gənclər birliyinin sədr müavini Günay İmanova, Azərbaycan Kooperasiya Universitetinin tələbə gənclər təşkilatının sədri Tamerlan Əkbərov və Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıblar.

Tədbirin yekununda YAP-nın 23-cü ildönümü münasibəti ilə, həmçinin partiya və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdikləri xidmətlərinə görə fərqlənmiş şəxslər YAP Nərimanov rayon təşkilatının fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.

Mükafat və hədiyyələrin təqdimatından sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın vəsiqələri təqdim edilib.