ABŞ Azәrbaycana 115 milyon dollar ayırıb

1993-cü ildәn ABŞ Azәrbaycana humanitar yardım layihәlәri vә qaçqınların yaşayış sәviyyәsini artırmaq üçün 115 milyon dollar ayırıb.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinator Alina Romanovski deyib.

O, qeyd edib ki, 1992-ci ildәn ümumilikdә Azәrbaycana ayrılan ABŞ yardımları 1.1 milyard dollar tәşkil edib: "ABŞ-ın Azәrbaycana pul olmayan, әşya, geyim, qida kimi yardımı 220 milyon dollar dәyәrindә qiymәtlәndirilir".

A.Romanovski əlavə edib ki, ABŞ 1992-ci ildәn ANAMA-ya 30 milyon dollar ayırıb: "Bu mәblәğ sayәsindә 500 minә yaxın mina vә partlamamış hәrbi sursat tәmizlәnib. ABŞ-ın Azәrbaycana ayırdığı iqtisadi yardımların әsas mәqsәdi Azәrbaycan hökumәtinin qarşıya qoyduğu mәqsәdlәrә çatmaqda yardım etmәk, iqtisadiyyatı diversifikasiya etmәk vә özәl sektoru inkişaf etdirmәyә yönәlib. USAID-in Azәrbaycanda kәnd tәsәrrüfatı sahәsindә hәyata keçirdiyi fәaliyyәt nәticәsindә irәlilәyiş әldә olunub, nar istehsalı 57, digәr istehsal isə 12 faiz artıb. Fermerlәrә yardım nәticәsindә nar ixracı 55, qoz ixracı isә 68 faiz artıb".

O, əlavə edib ki, ABŞ Azәrbaycana demokratiya vә insan haqları sahәsindә dә yardımlar edib: "Bu çәrçivәdә әyalәtlәrdә 97 icma mәrkәzi yaradılıb. Bu mәrkәzlәr insanların yerli hakimiyyәt orqanları ilә münasibәtlәrinin formalaşması vә dialoqu üçün 39 layihә hәyata keçirib".