“Rusiyanın bütün tarixi qanla yazılıb”. “Rusiyanın bütün tarixi qanla yazılıb”.

Putinin dirənişinin əsl səbəbi – Qabil Hüseynlinin şərhi

“Rusiyanın bütün tarixi qanla yazılıb”.


Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinin Parisdə keçirilən İqlim zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etməsinə münasibətində deyib.

Onun sözlərinə görə, Rusiya böyük dövlətçilik prinsipi yürüdərək, başqa xalqlara yuxarıdan aşağı baxır: "Ona görə də bu cür görüşlərə razılıq vermir. Rusiya özünü həddindən artıq təkəbbürlü aparır. O hesab edir ki, onun təyyarəsini gərək, vurmayaydılar. Bu səbəbdən də özünün böyük dövlətçilik şovnizimdən irəli gələn hərəkətlərini edir: görüşdən imtina edir, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir, üstəlik də şərtlər irəli sürür. Deyir ki, Türkiyə üzr istəsin və hadisəni törədənlərin cəzasını versin. Yalnız bundan sonra görüşmək olar".

Q.Hüseynli qeyd edir ki, öncədən şərtlər irəli sürməklə danışıqların prosedurunu müəyyənləşdirmək dövlətlərarası praktikada rast gəlinən məsələ deyil: "Səndən soruşarlar ki, Suriyada neynirsən? Niyə bu türkmanlərı qanına qəltan edirsən? Səndən soruşarlar ki, ərəblərin günahı nə? Niyə onları öldürürsən? Qanlı çəkişmələrdə bir dəfə onun burnunu ovublar. Sanki bunun imicinə, qüruruna toxunublar. Ona görə də özünü elə aparır ki, əvvəla ilk olaraq daxildəki reytinqi ələ alır, xəstəhal ruslara nümayiş etdirir ki, mən əyilmirəm, ölkənin qürurunu tapdalamıram və tezliklə Türkiyənin üzr istəməsinə nail olacam".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən İqlim zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bahar RÜSTƏMLİ
AzNews.az