Tural Abbaslı azadlıqda

Gənclərin parlamentin buraxılması tələbi ilə keçirdiyi 20 oktyabr aksiyasında həbs olunan Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı bu gün azadlığa buraxılıb. Qeyd edək ki, o 10 sutkalıq inzibati həbs almışdı.

Müsavat Partiyasının qərargahında olan T.Abbaslı əqidə yoldaşları ilə xatirə şəkili çəkdirib. Daha sonra evə gedib.

Axşam saatlarında isə Müsavat GT-nin sədr müavini Əhəd Məmədli, AXCP fəalları Vaqif Xaliqov, Dəyanət Babayev azadlığa çıxacaq. Onların saat 21:30-da sərbəst buraxılacağı gözlənilir./musavat.com/

AzNews.az