Millət vəkili BDP-nin ermənilər və PKK ilə əlaqəsindən danışdı

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Türkiyənin Sülh və Demokratiya Partiyasının (BDP) ermənilər və PKK terror təşkilatı ilə bağlılığından danışıb.

Millət vəkili F.Mustafa AzNews.az-a açıqlamasında bildirib ki, BDP ilə PKK terror təşkilatı arasında çox ciddi yaxınlıq var və bu təşkilatların siyasətləri bir-birinə tam uyğun gəlir.

"Sentyabrın 9-da Vanda ermənilərin və türklərin keçirdikləri birgə mərasimi Türkiyə cəmiyyətinin və dövlətinin adına yazmaq düzgün olmaz", - deyən F.Mustafa qeyd edib ki, Türkiyə cəmiyyəti bütün bu kimi hərəkətlərə qarşıdır: "BDP-dən olan millət vəkilləri Türkiyədə gedib dağlarda terrorçularla da görüşürlər və bunların niyyətləri Türkiyənin parçalanmasıdır".

Vasif Həsənli
AzNews.az