Piketin icazəsiz keçirilməsi ilə bağlı İP- in qərarı yoxdur Piketin icazəsiz keçirilməsi ilə bağlı İP- in qərarı yoxdur

BŞİH İctimai Palataya cavab verməyib

Piketin icazəsiz keçirilməsi ilə bağlı İP- in qərarı yoxdur



"Hələ ki, İcra Hakimiyyətindən cavab almamışıq". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

O bildirib ki, piketin icazəsiz keçirilməsi ilə bağlı İP- in qərarı yoxdur: "Sabah İctimai Palata Koordinasiya Şurasının iclası keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) piketin keçirilməsinə icazə verməyəcəyi təqdirdə aksiyanın icazəsiz keçirilməsi kimi məsələlər iclasda müzakirə olunacaq və qərar veriləcək".

Qeyd edək ki, oktyabrın 29-da İctimai Palata Milli Məclisin binası qarşısında keçiriləcək piketlə bağlı paytaxt meriyasına məlumat xarakterli məktub ünvanlayıb.

Məktubda bildirilib ki, noyabrın 2-də saat 12.00-da İP üzvü olan bir qrup şəxs Milli Məclisdə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda ediləcək dəyişikliklərə etiraz olaraq, "Sərbəst toplaşmaq azadlığına qoyulan qadağaya yox deyirik!" şüarı ilə piket keçirəcək.

İlkin Pirəli
AzNews.az