Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.

İlham Əliyev Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.


Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini dedi. Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini və səfər zamanı aparılan konstruktiv müzakirələri məmnunluqla xatırladı. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Pakistanlı qonaq ölkəmizin, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını dedi. Pakistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah xalqlarımızın münasibətlərinin yüksək səviyyədə olduğunu dedi, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı Prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Report.az