Azərbaycanlı iş adamı İlham Rəhimov “Sputnik Xəbər Agentliyi”nə Rusiya prezidenti Vladimir Putinlə bağlı danışıb. Azərbaycanlı iş adamı İlham Rəhimov “Sputnik Xəbər Agentliyi”nə Rusiya prezidenti Vladimir Putinlə bağlı danışıb.

İlham Rəhimov: “Putin xəyal qırıqlığına uğrayıb”

Azərbaycanlı iş adamı İlham Rəhimov “Sputnik Xəbər Agentliyi”nə Rusiya prezidenti Vladimir Putinlə bağlı danışıb.


AzNews.az xəbər verir ki, Putinin yaxın dostlarından olan İ.Rəhimov Rusiya-Türkiyə münasibətlərinə toxunub.

O, Putinin Rus-Türk münasibətlərinin inkişafına bütün gücünü səfərbər etdiyini deyib. İş adamı Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Vladimir Putinin dərin üzüntü keçirdiyini də əlavə edib: "Putin 15 il əvvəl iqtidara gələndən etibarən Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması və inkişafı üçün bütün sahələrdə ən çox əmək sərf edənlərdən biridir. Burada rəsmi dairələr arasındakı danışıqları nəzərdə tuturam. Dolayısı ilə, Putinin rus təyyarəsinin vurulmasından sonra dərin xəyal qırıqlığına uğradığını çox yaxşı anlayıram".

Məlumat üçün bildirək ki, İlham Rəhimov Vladimir Putinin qrup yoldaşıdır. Onlar 1970-ci illərdə Leninqrad Dövlət Universitetinin Hüquq Fakültəsində təhsil alıblar.

Nigar