- Köhnə - Siyasət
- 16 Yanvar 2016 18:27
- 3 588
Milli Məclisin növbədənkənar iclası keçiriləcək
Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək.
AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, iclasın yanvarın 19-da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.