Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb. Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin yaz sessiyasının gündəliyi açıqlandı

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, fevralın 1-də keçiriləcək ilk iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.

Onun sözlərinə görə, iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq.

Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi məsələsi daxil edilib.

Eyni zamanda, iclasda "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılacaq.

Report.az