Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

İlham Əliyev ATƏT Parlament Assambleyasının nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.


AzNews.az xəbər verir ki, Georgi Tsereteli ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edib. O, ölkəmizin təmsil etdiyi qurum üçün prioritet olduğunu və Azərbaycan ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını deyib. Georgi Tsereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb. Azərbaycan ilə bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.

Dövlətimizin başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tseretelinin ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirib.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.