“Terrordan əziyyət çəkmiş ölkənin təmsilçisi olaraq səslənirəm. Avropa, AŞPA terrorla mübarizədə ikili standartlara yol verməməlidir.” “Terrordan əziyyət çəkmiş ölkənin təmsilçisi olaraq səslənirəm. Avropa, AŞPA terrorla mübarizədə ikili standartlara yol verməməlidir.”

Qənirə Paşayeva AŞ PA-da çağırış etdi

“Terrordan əziyyət çəkmiş ölkənin təmsilçisi olaraq səslənirəm. Avropa, AŞPA terrorla mübarizədə ikili standartlara yol verməməlidir.”



AzNews.az xəbər verir ki, bu sözləri AŞPA-da "Beynəlxalq terrorizmə qarşı mübarizə, Avropa Şurası standartları və dəyərləri qorumaq" və "Suriya və İraqda xarici döyüşçülər" adlı qətnamə layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva deyib. O, Azərbaycanın Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkə olduğunu qeyd edib.

"Terrordan çox əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq terrorla mübarizə istiqamətində birgə fəaliyyətimizi gücləndirmək istiqamətində Assambleyamızdakı müzakirələri dəstəkləyirəm. Amma, dəyərli dostlar, biz getdikcə daha da artan terror hadisələri ilə, terrorizmlə bilirsinizmi nə zaman daha effektiv mübarizə apara bilərik? Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa bundan imtina etməlidir"- deyə, millət vəkili çağırış edib.