O, müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb O, müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb
  • Toplum
  • 8 Noyabr 2018 16:45
  •  1 347

Xan Şuşinskinin oğluna vəzifə verildi

O, müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb

Məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.

O, Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İxtisasca iqtisadçıdır.

Müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub.

Aslan Cavanşirovun atası mərhum xanəndə, dahi muğam ustadı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-1979-cu illərdə yaşayıb.

© AzNews.az