“İşsizlikdən sığorta haqqında” qanun layihəsinə mühüm dəyişiklik təklif olunur. “İşsizlikdən sığorta haqqında” qanun layihəsinə mühüm dəyişiklik təklif olunur.
  • Toplum
  • 16 Noyabr 2018 11:10
  •  1 584

Bu səlahiyyət Vergilər Nazirliyinə verilir

“İşsizlikdən sığorta haqqında” qanun layihəsinə mühüm dəyişiklik təklif olunur.

Dəyişikliyə görə, 2019- cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyətin bundan sonra Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu səbəbdən də layihədə sığortaçının, siğortaedənin və sığortaolunanın hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulmalıdır.

Maddə 23-də təklif edilir ki, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi (əvvəllər bu 25 faiz idi) müvafiq icra hakmiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunacaq.(qafqazinfo.az)

© AzNews.az