İçməli suyun verilişində fasilə yaranıb. İçməli suyun verilişində fasilə yaranıb.
  • Toplum
  • 21 Noyabr 2018 19:34
  •  2 093

Bakının bu hissəsi susuz qaldı - XƏBƏRDARLIQ

İçməli suyun verilişində fasilə yaranıb.

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq “Azərsu” ASC xəbərdarlıq yayıb.

Qurumdan verilən məlumata görə, 600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə bağlı Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, “Radiozavod”un ətrafında olan ərazilər, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində fasilə yaranıb.

AzNews.az