Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
  • Toplum
  • 3 Yanvar 2019 09:38
  •  2 250

Bakıda avtobus qəzası - Yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

"BakuBus" MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA" markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.(trend.az)

© AzNews.az