Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək. Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.
  • Toplum
  • 7 Yanvar 2019 17:48
  •  1 776

Naxçıvana gedənlər üçün gecə reysi açılır

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) daxil olan məlumata görə, 11 yanvar tarixindən etibarən avtobus hər gün saat 21:00-da Bakıdan hərəkət edəcək. Naxçıvandan isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir.

Sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri qabaqcadan Avtovağzalın satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan ala bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.(qafqazinfo.az)

© AzNews.az