- Toplum
- 8 Yanvar 2019 15:13
- 3 208
AZAL Almatıya uçuşlara başlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il aprelin 2-dən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
Bu barədə aviaşirkət xəbər verir.
Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından həyata keçiriləcək.
© AzNews.az