• Toplum
  • 15 Yanvar 2019 17:44
  •  366

Bakıda zəncirvari qəza - Tıxac yarandı

Bakıda zəncirvari yol qəzası baş verib.

Qəza paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.

"Vaz 21015" markalı 90 NV 852 dövlət nömrə nişanlı avtomobil iğıqforun qırmızı işığının tələblərini pozması nəticəsində "Mercedes ML" markalı 90 VA 303 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "Reno" markalı 99 JR 592 dövlət nömrə nişanlı və "Mercedes" markalı 10 SU 058 dövlət nömrə nişanlı avtomobillər də həmin maşınlarla toqquşub.

Qəzada "Reno" markalı avtomobilin sürücüsü xəsarət alıb.

Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hazırda əraziyə yol polisləri cəlb edilib və yolda hərəkəti bərpa etməyə çalışırlar.(trend.az)

© AzNews.az