Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.
  • Toplum
  • 17 Yanvar 2019 15:23
  •  1 338

Fransada etiraz aksiyasında insanların döyülməsi zamanı Avropa harda idi?

Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan Nümayəndəliyi, Beynəlxalq Dialoq və İnkişaf Alyansı və İctimai-siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə “Fransada İnsan Hüquqlarına Dair İctimai Dinləmələr” mövzusunda tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbiri açılış sözü ilə başlayan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmail Ağayev son dövrlər qərb dairələri tərəfindən Azərbaycanda təmin edilmiş söz və mətbuat azadlığının qəsdən görməzlikdən danışıb və bunun Azərbaycana qarşı yürüdülənən ikili standart olmasını vurğulayıb.

Daha sonra Fransada dekabr ayında başlamış “Sarı jiletli”lərin etiraz aksiyalarına diqqət çəkən İsmail Ağayev bunun Avropada demokratik ab-havanın göstərildiyi qədər yaxşı olmadığını göstərən sübut kimi qiymətləndirib. Belə ki o, öz hüquq və azadlıqlarından istifadə edərək etiraz keçirən insanların döyülməsini, gözyaşardıcı qazlarların tətbiqi və digər zorakı yollarla hüquqlarının tapdanılmasını demokratiya prinsipplərinə zidd addım kimi qiymətləndirib.

Əməkdar jurnalist Azər Həsrət isə daha kəskin çıxış edərək Avropa dairələrinin Azərbaycanda baş verən hadisələrə müxtəlif don geyindirməkdənsə öz daxilində baş verən proseslərlə maraqlanmasının daha effektiv olduğunu bildirib:

“Onlar hər dəfə Azərbaycanda baş verən hər hansı kiçik bir hadisəni böyüdüb dünya ictimaətində ölkəmizə qarşı mənfi rəy formalaşdırırlar. Bu normal bir şey deyil. Gəlin baxaq, bizi insan hüquqlarının tapdanılması ilə ittiham edən Avropa Fransada etiraz aksiyası keçirən insanların döyülməsi zamanı harda idi? Niyə öz demokratik səslərini çıxarmadılar? Amma üstündən az bir müddət keçməmiş Mehman Hüseynov kimi şovinist bir şəxsin aclıq aksiyasını elə ciddi bir problem kimi qabartdılar ki, “Sarı jiletli”lər ayaqlanması Azərbaycanda baş verib və onlara qarşı zorakılıq tətbiq edənlər də Azərbaycan güc strukturları olub”.

Qeyd edək ki, Fransanın ölkəmizdəki səfirliyinin nümayəndəliyinin əməkdaşları tədbirə dəvət olsalar da iştirak etməyiblər.

Pərvanə Ağazadə

AzNews.az