Yeraltı sular iki milyarda yaxın insanın içməli su mənbəyidir. Yeraltı sular iki milyarda yaxın insanın içməli su mənbəyidir.
  • Toplum
  • 23 Yanvar 2019 10:08
  •  1 687

Dünyanı içməli su qıtlığı gözləyir

Yeraltı sular iki milyarda yaxın insanın içməli su mənbəyidir.

Qlobal istiləşmənin qrunt sularına göstərdiyi təsir “saatlı bomba” effekti yaradır, yüz və ya min illər sonra misli görülməmiş fəsadlara yol aça bilər. Yaxın yüz il ərzində yeraltı suların yarısı, iqlim dəyişikliyinə görə yağıntının fərqli miqdar və intensivlikdə düşməsinə görə yeni rejimdə sirkulyasiya edəcək.

Beynəlxalq tədqiqat qrupunun bu barədə məqaləsi “Nature” jurnalında dərc olunub.

Yeraltı sular iki milyarda yaxın insanın içməli su mənbəyidir. Bu sular səth suları və iqlimlə sıx qarşılıqlı əlaqədə olur, atmosfer yağıntıları hesabına sirkulyasiya edir və bilavasitə iqlimə təsir edir.

Halbuki son illərin qlobal istiləşmə proqnozları ilə bağlı nəzəri modellərində bu qarşılıqlı əlaqə nəzərə alınmırdı.

Yeni elmi işdə beynəlxalq alim qrupu yeraltı suların hidroloji göstəricilərini təhlil edib və qrunt sularının 100 və daha çox il ərzində iqlim dəyişikliyinə hansı şəkildə təsir edəcəyini müəyyən etmək üçün xüsusi kompüter modeli yaradıb.

Məlum olub ki, yeraltı sular uzunmüddətli hidravlik yaddaşa malikdir. Yəni səth suları və yağıntılarla əlaqəli rejimə uyğun olduqca ləng nizamlanırlar.

Orta hesabla reaksiya (great response time) müddəti altı min ilə çatır. Quraq bölgələr nəzərə alınmasa, hidravlik yaddaş 1200 il davam edib. Bütün yeraltı suların yalnız 44 faizi 100 ildən az müddətə yeni tarazlıq vəziyyətinə çatır.

Bu, o deməkdir ki, aşağı GRT reaksiya göstəricisi olan yeraltı sular quraqlıq zamanı daha tez tükənir, bol yağıntı düşən vaxtlarda isə əksinə, səviyyəsi artır.

Quraq zonalarda isə GRT reaksiya göstəricisi olduqca yüksəkdir, qrunt suları qısamüddətli iqlim dəyişikliklərinə az həssasdır. Habelə uzunmüddətli quraqlıqdan sonra onların bərpasına min illər lazım gəlir. Məsələn, Böyük Səhra ətrafında olan içməli su mənbələri hazırda 10 min il əvvəl baş verən proseslərin nəticəsi ilə üzləşməkdədir.

Alimlərin proqnozlarına görə, yaxın gələcəkdə qlobal istiləşməyə görə bəzi regionlar daha quraq olacaq.(oxu.az)

© AzNews.az