Əgər mən elə etməsəydim, ölüm olardı. Əgər mən elə etməsəydim, ölüm olardı.
  • Toplum
  • 28 Yanvar 2019 14:21
  •  2 388

Müğənni keçirdiyi qəzadan danışdı: Ölüm olmasın deyə... - VİDEO

Əgər mən elə etməsəydim, ölüm olardı.

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni İbrahim Borçalı olub.

Müğənni keçirdiyi dəhşətli qəzadan danışıb:

“Maşında ailəm var idi. Qarşı tərəfdə isə cavan qız idi. Mən kimsəyə xəsarət yetirməmək üçün divara girdim. Dekabrın 22-si idi, hava da yağışlı idi. Əgər mən elə etməsəydim, ölüm olardı. Səhəri Rusiyaya gedəcəkdim deyə elə vurulmuş halda maşını qoyub çıxıb getdim. Gələndən də maşınla məşğulam. Çox şükür edirəm ki, ölüm hadisəsi yaşanmadı. 84 yaşlı anamın sinəsi əzildi, qardaşımın başı yarıldı, gəlinimizin qolu qırıldı, yoldaşımla mənim isə ayağım əzildi. Xəta yazılıbsa, o olmalıdır. Birinci xəta törədən adamın sığortası da yox idi deyə maşını zərər görmüş hamı öz xərcini özü çəkdi”.

AzNews.az