Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib. Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.
  • Toplum
  • 29 Yanvar 2019 09:10
  •  2 170

Ziya Bünyadov prospektində qəza - Yol bağlandı

Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

İki minik və bir yük maşınının toqquşması nəticəsində sonuncu aşıb.

Qəza yolun "Koroğlu" metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində qeydə alınıb. Hadisə ilə əlaqədar maşınların həmin istiqamətdə hərəkəti demək olar ki, tam dayanıb. Aşan yük maşınının yoldan götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və "təcili tibbi yardım" maşını gəlib.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur.(report.az)

© AzNews.az

image description image description image description