• Toplum
  • 29 Yanvar 2019 11:45
  •  478

Telekommunikasiya borcları yeni qaydada alınacaq

Nazirlər Kabineti bununla bağlı qərarda dəyişiklik edib.

Lisenziyalaşdırılan telekommunikasiya xidmətinin göstərilməsinə görə borcun alınması qaydası müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, lisenziyalaşdırılan telekommunikasiya xidmətinə görə müvafiq təşkilatın borcu müəyyən edən sənədləri, icra qeydi almaq üçün borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilməlidir.

Tələbkar müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.

© AzNews.az