10 AZN-dən yuxarı olan sifarişləri sənə yönləndirəcəyik. 10 AZN-dən yuxarı olan sifarişləri sənə yönləndirəcəyik.
  • Toplum
  • 12 Mart 2019 15:25
  •  3 514

Taksi şirkətlərində özbaşınalıq - Operatorlarla sürücülərin gizli anlaşması üzə çıxdı

10 AZN-dən yuxarı olan sifarişləri sənə yönləndirəcəyik.

Son illərdə Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərində yaranmış neqativ hallar tez-tez internet saytlarının gündəmində olur. Sifariş edənlər çox zaman taksilərin məkana gec gəldiklərindən şikayət edirlər. Bu, əslində taksi biznesinin görünən tərəfidir. Görünməyən tərəfini bu sahə ilə məşğul olan şirkətlərin sürücüləri aşkar edib. Onların fikrincə, müştəriyə daha yaxın ərazidə olsalar belə, müştəri reklamlı sürücülərə yönləndirilir:

AzNews.az məsələ ilə bağlı araşdırma aparıb və maraqlı nəticələr əldə edib.

Sən demə, operator müştərini reklam üçün pul ödəyən sürücüyə yönəldir, o da uzaqdan gəldiyinə görə müştəri çox gözləməli olur və nəticədə narazılıq yaranır.

Nəticədə isə operatorların gizli "siyahısında" olmayan sürücülər saatlarla eyni yerdə durub gözləməli olurlar.

Bir sürücü bildirir ki, əvvəllər reklam üçün aylıq ödəniş 20 AZN idi, indi isə ayrı-ayrı şirkətlərdə bu rəqəm 100-150 AZN-ə qədər yüksəlib.

Digər sürücü isə deyir ki, 2 ay normal işlədim, 3-cü ay operatorlardan biri çağırıb dedi ki, aylıq ödəniş et, sizə daha çox müştəri verək:

“Aylıq 130 manat pul istədi. Dedi ki, 10 AZN-dən yuxarı olan sifarişləri sənə yönləndirəcəyik. Ödəyə bilmədiyimə görə razı olmadım”.

Sürücülər qeyd edir ki, normal qaydalarla işləmək maddi cəhətdən sərf etmədiyindən bəzi sürücülər bu yola əl atmalı olurlar:

“Şirkət tutduğu faizdən əlavə hər zəngə görə də bizdən pul tutur. Üstəlik şirkətlər məsafəni xəritə üzərindən ölçürlər, amma yolla getdikdə məsafə xəritədəki ilə eyni olmur, nəticədə 8 km-lik yolu 4 km-in qiymətinə gedirik.”

Mövzu ilə bağlı “Ekonom Taksi” şirkətindən münasibət öyrəndik.

Şirkətdən belə hallara əvvəllər rast gəlindiyini etiraf etdilər:

"O vaxt həmin işçinin işinə son verildi. Ancaq yenə də bu cür hallara rast gəlinsə, həmin operatorla müqaviləyə xitam veriləcək:

“Çünki bu, bizim şirkətimizin imicinə zərər yetirir".

Cavidan

AzNews.az