Alternativ yollardan istifadə tövsiyə olunur. Alternativ yollardan istifadə tövsiyə olunur.
  • Toplum
  • 16 Mart 2019 16:14
  •  2 648

Bu ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Alternativ yollardan istifadə tövsiyə olunur.

Təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən martın 18-i axşam saatlarınadək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə AzNews.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AzNews.az