• Toplum
  • 5 Aprel 2019 11:12
  •  511

Dövlət Məşğulluq Xidməti 34 minə yaxın şəxsi işlə təmin etdi - Son aylarda

Bu nəticə 2018-ci ilin birinci rübü ilə müqayisədə 13,2 faiz çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 33 969 nəfər işlə təmin olunub. Bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 13,2 faiz çoxdur.

AzNews.az xəbər verir ki, işlə təmin edilənlərdən 29 404 nəfərini “İşsizin DOSTu” Proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər.

Yanvar-mart aylarında Xidmət tərəfindən işlə təmin edilənlərin 8 826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.

Səidə Vahid

AzNews.az