Bakıda iki gənc qadın dəm qazından boğularaq ölüb. Bakıda iki gənc qadın dəm qazından boğularaq ölüb.
  • Toplum
  • 8 Aprel 2019 12:09
  •  2 058

Dəm qazı daha iki can aldı

Bakıda iki gənc qadın dəm qazından boğularaq ölüb.

Hadisələrdən biri dünən paytaxtın Yeni Suraxanı qəsəbəsində, Xəlilov küçəsi 5 ünvanında qeydə alınıb.

Sözügedən ünvanda 1994-cü il təvəllüdlü Çinarə Nüsrət qızı Kərimova hamam otağında dəm qazından boğularaq ölüb.

Daha bir analoji hal paytaxtın Binəqədi rayonu, Çiçəkli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Aysel Bəxtiyar qızı İbrahimova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.(oxu.az)

AzNews.az