Ağacların Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub Ağacların Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub
  • Toplum
  • 11 Aprel 2019 16:07
  •  2 397

Ağaca görə 2950 manat cərimələndi

Ağacların Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.

AzNews.az