• Toplum
  • 11 Aprel 2019 17:00
  •  647

“Əlaqələrimiz strateji xarakter daşıyır” - Valentina Matviyenko

"Azərbaycan və Rusiya arasında əlaqələr aktiv şəkildə inkişaf edir".

"Azərbaycan və Rusiya arasında əlaqələr bütün-siyasi, iqtisadi, energetika və humanitar sahələrdə aktiv şəkildə inkişaf edir".

Bunu Azərbaycanda səfərdə olan Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

"Əlaqələrimiz strateji xarakter daşıyır. Azərbaycan-Rusiya əlaqələrində əsas hadisələrdən biri ötən ilin sentyabrında prezident İlham Əliyevin Rusiyaya səfəri və səfər zaman prezident Vladimir Putinlə görüşü olub. Səfər çərçivəsində 15-dən çox sənəd imzalanıb. Onlar arasında hökumətlərarası əməkdaşlıq proqramı, həmçinin iki ölkə arasında 2024-cü ilə qədər humanitar sahədə əməkdaşlığa dair fəaliyyət planı yer alır",- deyə Federasiya Şurasının sədri bildirib.

V. Matviyenkonun sözlərinə görə, səfərin məqsədi Milli Məclisin spikeri Oqtay Əsədovla və digər nümayəndələrlə görüşlər keçirmək və əməkdaşlıq üçün fəaliyyət proqramını müzakirə etməkdir: "Bu fəaliyyət proqramının həyata keçirilməsi Azərbaycan-Rusiya əlaqələrinin inkişafına güclü töhfə verəcək".(ona.az)

AzNews.az