Uşaqlara 10 yaşlı bacısı baxıb Uşaqlara 10 yaşlı bacısı baxıb
  • Toplum
  • 17 Aprel 2019 11:10
  •  2 116

Bu uşaqlar valideynlərindən alınacaq - 3 uşaq sığınacağa gətirildi

Uşaqlara 10 yaşlı bacısı baxıb

Bakıda baxımsız şəraitdə 3 uşaq tapılıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, Nizami rayon İcra Hakimiyyəti və Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sığınacağa gətirilən uşaqlarla bağlı araşdırmalara başlanılıb:

“Bir ailənin 3 uşağıdır. Onların böyüyünün 10, kiçiyinin isə 2 yaşı var. Sığınacağın qaynar xəttinə uşaqlarla bağlı müraciət daxil olmuşdu. Biz də məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyətinin Yetkinilk Yaşına Çatmayanlarla İş Üzrə Komissiyasına müraciət etdik. Aidiyyatı qurumlar əraziyə baxış keçirib və uşaqların baxımsız olduğunu aşkarlayıb. Hazırda uşaqlar sığınacağa yerləşdirilib. Onlar tibbi yoxlamadan keçirilib. İlkin söhbətlər zamanı və bizim qaynar xəttimizə daxil olan məlumatlara görə, anası evdə olmadığından balaca uşaqlara 10 yaşlı bacısı baxıb. Onlara yeməyi qonşular verib. Ataları ilə bağlı hələ məlumatımız yoxdur. Araşdırılacaq və uşaqlar valideynlərindən alınaraq dövlət müəssisəsinə yerləşdiriləcək”.

Bahar RÜSTƏMLİ

AzNews.az