Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
  • Toplum
  • 22 Aprel 2019 23:31
  •  2 001

Bakıda maşın 54 yaşlı kişini vurub öldürdü

Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü Kənan Bəhrəm oğlu Kərimov idarə etdiyi "Volkswagen Passat" markalı "90-KB-785" dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospekti, 2096 saylı ünvanın qarşısında yolu keçən piyada, 1965-ci il təvəllüdlü İsrəfilov Qorxmaz İsrəfil oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb. (trend)

AzNews.az