Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
  • Toplum
  • 29 Aprel 2019 11:24
  •  2 371

Bakıda 23 dərəcə isti olacaq - Bu gün

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata bu gün ölkə ərazisində hava yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 19-24, Bakıda gecə 10-12, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Səidə Vahid

AzNews.az