Tətil mayın 5-dək davam edəcək Tətil mayın 5-dək davam edəcək
  • Toplum
  • 29 Aprel 2019 16:57
  •  2 324

Bu həftədən ibtidai siniflərin yaz tətili başlayır

Tətil mayın 5-dək davam edəcək

Bu həftədən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.

Tətilə mayın 1-də start veriləcək.

Tətil mayın 5-dək davam edəcək.

Mayın 6-da dərs olacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr-26 yanvar; ikinci yarımil - 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

AzNews.az