Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 15 May 2019 16:52
  •  2 478

Sumqayıtda iki qızı maşın vurdu

Faktla bağlı araşdırma aparılır

Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Koroğlu prospektinin 8-ci mikrorayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu piyada zolağından keçmək istəyən 1998-ci il təvəllüdlü Lalə Abdullazadəni və 2000-ci il təvəllüdlü Aytac Babayevanı 10 RB 590 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil vurub.

Qəza nəticəsində hər iki piyada xəsarət alıb. Onlara sağ aşağı ətrafın qapalı sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Piyadalar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az