Vəziyyəti çox pis olub Vəziyyəti çox pis olub
  • Toplum
  • 20 May 2019 16:07
  •  2 526

İsgəndər Həmidov Ankaraya aparıldı

Vəziyyəti çox pis olub

Dünən gecə saatlarında səhhəti qəfil ağırlaşan sabiq daxili işlər naziri İsgəndər Həmidov Türkiyəyə aparılıb.

Bu barədə AzNews.az-a İsgəndər Həmidovun yaxınları məlumat verib.

Sabiq nazirin yaxınların verdiyi məlumata görə, İsgəndər Həmidovun vəziyyəti çox pis olub:

“Həkimlər dərhal əməliyyat olunmasını dedilər. Ailə üzvləri isə Ankaraya aparacaqlarını dedi. Hazırda İsgəndər bəy Ankaradadır. Amma əməliyyat olunub-olunmamasını bilmirik”.

Bahar RÜSTƏMLİ

AzNews.az