İxracatçılar müsabiqə əsasında seçiləcək İxracatçılar müsabiqə əsasında seçiləcək
  • Toplum
  • 21 May 2019 17:56
  •  1 764

Yekaterinburqa ixrac missiyası təşkil ediləcək

İxracatçılar müsabiqə əsasında seçiləcək

Azərbaycan iyulun 6-9-da Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil edəcək.

Artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.

İxrac missiyasına spirtli içkilər və sənaye sektorunun istehsalı ilə məşğul olan sahibkarlar qatıla bilərlər.

İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.(report.az)

AzNews.az