Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılar xəstəxanaya çatdırılıb.
  • Toplum
  • 21 May 2019 18:56
  •  2 008

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya düşdü - Yaralılar var - VİDEO

Yaralılar xəstəxanaya çatdırılıb.

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub.

Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.

Belə ki, 90 PD 038 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı minik avtomobili 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra “Hyundai” Sumqayıt istiqamətində hərəkət edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus 50 AE 730 dövlət qeydiyyatı nişanlı ISUZU markalı sərnişin avtobusuna dəyib.

Hadisə nəticəsində əzilən “Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

AzNews.az