Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub
  • Toplum
  • 9 İyul 2019 05:50
  •  2 436

Gecə saatlarında paytaxtda sarı zolaqların çəkilişinə başlanıldı

Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub

Paytaxtın Ziya Bünyadov prospekti ötən gecə bağlanıb.

Keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar yollara yenidən sarı zolaqlar çəkilir.

Bu işlər əsasən gecə saatlarında aparılacaq. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev APA-nın müxbirinə verdiyi müsahibədə bildirib ki, bu zolaqların çəkilməsində məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

İlk “Sarı zolağın” çəkilişinə bu axşam saat 00:00 da Ziya Bünyadov prospektində başlanılıb. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılıb və yol nişanları qoyulub. Müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq edilib. Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, sarı zolaqlar ümumilikdə 12 küçə və prospektdə çəkiləcək. (APA)