2 saatadək davam edən təmir işləri yekunlaşıb 2 saatadək davam edən təmir işləri yekunlaşıb
  • Toplum
  • 9 İyul 2019 01:43
  •  2 344

Bakı-Tbilisi qatarının hərəkəti bərpa edildi

2 saatadək davam edən təmir işləri yekunlaşıb

Bakı-Tbilisi sərnişin qatarının hərəkət etdiyi dəmir yolunda elektrik naqillərində yaranmış nasazlıq aradan qaldırılıb.

Təxminən 2 saatadək davam edən təmir işləri yekunlaşıb və qatar yola düşüb.

00:51

Elektrik naqillərində qısaqapanma baş verib və qatarın hərəkəti dayandırılıb. Bu barədə stansiyadan məlumat verilib. Hazırda hadisə yerində təmir işlərinə başlanılıb.

00:39

Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb.

Qatardakı sərnişinlərdən birinin verdiyi məlumata görə, hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qatarın hərəkətinin dayanması elektrik naqilində yaranmış nasazlıqla əlaqədar olub.

Sərnişinin bildirdiyinə görə, hazırda qatarın qapıları bağlıdı və hərəkətin nə zaman bərpa olunacağı barədə onlara məlumat verilməyib. (APA)