"Şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir" "Şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir"
  • Toplum
  • 15 İyul 2019 09:05
  •  1 652

“Demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım var” - Nazir

"Şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir"

Son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir.

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 2013-cü ildə birinci siniflərə 138 min qəbul olmuşdusa, bu il göstəricinin 165 mindən çox olması gözlənilir.

Nazir əlavə edib ki, ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir:

"2013-cü illə müqayisədə şagirdlərin sayı 240 mindən çox artaraq 1 milyon 600 mini ötüb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.6-ya yüksəlib".(trend.az)

AzNews.az