“Əvsəloğlu” şirniyyat sexinin qapısına möhür vurulub “Əvsəloğlu” şirniyyat sexinin qapısına möhür vurulub
  • Toplum
  • 23 İyul 2019 12:13
  •  2 500

Bu şirniyyatları almayın - FOTO

“Əvsəloğlu” şirniyyat sexinin qapısına möhür vurulub

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat sexi aşkarlanıb.

AzNews.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Xətai rayonu, R.Bağırov 24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexində monitorinq aparılıb. Qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Baxış zamanı sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, istehsal sahəsində istifadə olunan qab, ləvazimatlar və xammalın açıq şəkildə birbaşa döşəmənin və işçi masaların üzərində saxlanıldığı məlum olub. Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, istehsal və satış yerlərində mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkar edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bahar

AzNews.az