Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin pilotunun axtarışları davam etdirilir Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin pilotunun axtarışları davam etdirilir
  • Toplum
  • 29 İyul 2019 19:30
  •  2 294

MiQ-29-un pilotunun axtarışları davam etdirilir

Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin pilotunun axtarışları davam etdirilir

MiQ-29 təyyarəsinin pilotunun axtarışları istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. (APA)