Rəşad Atakişiyev nəşi bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb Rəşad Atakişiyev nəşi bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb
  • Toplum
  • 21 Avqust 2019 14:35
  •  2 008

Flora Kərimova Rəşad Atakişiyevdən yazdı: "Rahat uyu, oğul"

Rəşad Atakişiyev nəşi bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb

Xalq artisti Flora Kərimova təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan və dünən nəşi tapılan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevdən yazıb.

AzNews.az xəbər verir ki, pilotun həlakından kədərlənən böyük sənətkar hislərini belə ifadə edib:

"İndi rahat uyu, oğul! Xəzər sənə layla deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan Vətən daşın var.

Azərbaycan səni fəxrlə anacaq. Ruhun şad olsun, oğul! Başın sağ olsun, Vətən!"

Qeyd edək ki, Rəşad Atakişiyevin nəşi bu gün - 21.08.2019 tarixində II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Aynur

AzNews.az