Hər üçünün vəziyyətləri orta-ağır qiymətləndirilir Hər üçünün vəziyyətləri orta-ağır qiymətləndirilir
  • Toplum
  • 23 Avqust 2019 14:20
  •  3 607

Mərdəkan körpüsündən maşın aşdı - 3 nəfər xəsarət aldı

Hər üçünün vəziyyətləri orta-ağır qiymətləndirilir

Səhiyyə Nazirliyi Mərdəkan körpüsündən aşan avtomobildə xəsarət alanlarla bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb. 31 yaşlı qadın qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağı sol baldırın əziyi, 33 yaşlı kişi döş qəfəsinin əziyi diaqnozu ilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.

Hər üçünün vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün Mərdəkan körpüsündən avtomobil aşıb.

Bahar RÜSTƏMLİ

AzNews.az