• Toplum
  • 4 Sentyabr 2019 16:46
  •  794

Avtobusla minik avtomobili toqquşdu - Sərnişinin ayağı amputasiya olundu

"Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb"

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

AzNews.az xəbər verir ki, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub:

"Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək".

AzNews.az