Hadisə zamanı bir nəfər ağır xəsarət alıb Hadisə zamanı bir nəfər ağır xəsarət alıb
  • Toplum
  • 23 Sentyabr 2019 01:46
  •  3 388

Bakıda yol-nəqliyyat hadisəsi olub

Hadisə zamanı bir nəfər ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Hadisə zamanı 1988-ci il təvəllüdlü Zeynalov Bəhruz Ələkbər oğlu ağır xəsarət alıb.

Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı B.Zeynalova belin və dös qəfəsinin küt travması diaqnozu qoyulub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər B.Zeynalovun vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az