Ə.Rəsulovun vəziyyəti ağırdı Ə.Rəsulovun vəziyyəti ağırdı
  • Toplum
  • 29 Sentyabr 2019 05:46
  •  1 543

Babək prospektində Türkiyə vətəndaşı piyadanı vurub

Ə.Rəsulovun vəziyyəti ağırdı

Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Yol qəzası Yüsif Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Rəsulov Əkrəm Mütəllim oğlu piyada üçün müəyyən edilməyən hissədən keçərkən onu Türkiyə vətəndaşı (hələlik ad və soyad bilinmir) idarə etdiyi “Toyota” markalı avtomobillə vurub. Sürücü ağır vəziyyətdə olan yaralını özəl xəstəxanaların birinə yerləşdirib.

Həkimlərin verdiyi məlumata görə, Ə.Rəsulovun vəziyyəti ağırdır. (apa)

AzNews.az