Azərbaycan vətəndaşları oktyabrın 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar Azərbaycan vətəndaşları oktyabrın 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar
  • Toplum
  • 1 Oktyabr 2019 08:45
  •  1 727

Azərbaycanda hərbi xidmətə çağırış başladı

Azərbaycan vətəndaşları oktyabrın 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar

Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Çağırış Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq həyata keçirilir.

Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 30-dək ehtiyata buraxılacaqlar.