Bakıda daha bir sürüpgəçini maşın vuraraq öldürdü - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində qəza zamanı ölən süpürgəçinin şəxsiyyəti müəyyənləşib.

Avtoqəzada həyatını itirən şəxs Sabunçu rayon sakini, 1956-cı il təvəllüdlü Mirzəyeva Gülbacı Sənan qızıdır. (apa)

10:35

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Hadisə paytaxtın Heydər Əliyev prospektində, Sabunçu rayou ərazisində qeydə alınıb.

Mənzil İstismar Sahəsinin yolu süpürən işçisini maşın vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Qadının üzərində sənədləri olmadığı üçün hazırda kimliyi müəyyənləşdirilir.